Dərc edilib: 17-05-2017

https://www.nuh.az/10780-.html

Tanınmış diktor Rafiq Hüseynlinin səhhəti pisləşib

17.05.2017 19:27:34

Hadisə

Tanınmış azərbaycanlı diktor, xalq artisti Rafiq Hüseynlinin səhhəti pisləşib. 

 

Bu barədə lent.az-a xalq artistinin özü xəbər verib. 

O bildirib ki, mayın 15-dən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib: 

“Yalandan deməyim, artıq pisəm, özümü yaxşı hiss etmirəm. Həkimlər də deyir ki, 1-2 günə həllini tapan bir xəstəlik deyil. Onkoloji xəstəliyimlə bağlı Türkiyədə müayinə olundum, Bakıya qayıtdım. Amma vəziyyətim ürəkaçan deyil”.

Qeyd edək ki, məşhur diktor ağciyər xərçəngindən əziyyət çəkir. R.Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib