Dərc edilib: 18-05-2017

https://www.nuh.az/10784-.html

Qazaxıstanın Beynəlxalq Bankda 400 milyonu qaldı

18.05.2017 13:09:28

İqtisadiyyat

Qazaxıstanın Vahid Yığım Pensiya Fondunun bir qədər əvvəl xarici borclarını restruktizasiya etməyə qərar vermiş Azərbaycan Beynəlxalq Bankı ASC-də (ABB) 71 mlrd. tengedən çox (bugünkü məzənnə ilə 383,4 mln. manat) pulu qalıb.
Report-un məlumatına görə, bu ölkənin Xarici İşlər Nazirliyi həmin vəsaitin geri qaytarılması üçün Azərbaycan tərəfi ilə diplomatik kanallar vasitəsilə aktiv əməkdaşlıq etməyə qərar verib.
Rəsmi Astana ABB-nin qiymətli kağızlarına qoyulmuş pulların batacağından ehtiyat edir.

 

     NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib