Dərc edilib: 19-05-2017

https://www.nuh.az/10790-.html

MİRŞAHİNİN QARDAŞI HƏBS OLUNDU! – Məhkəmə qərarı

19.05.2017 12:23:02

Hadisə

Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı həbs olunub.

BakiPost.azxəbər verir ki, Mirəddin Ağayev dələduzluqda ittiham edilir.

Məlumata görə Mirəddin Ağayev barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb. Belə ki, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş, Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2 min manatını mənimsədiyini bildirib.
Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra M.Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.

Məsələylə bağlı Mirşahin Ağayevin fikrini öyrənmək mümkün olmayıb. Mirşahinin digər qardaşı Rəşad Ağayev isə xəbəri nə təsdiq, nə də təkzib edib.

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib