Dərc edilib: 20-05-2017

https://www.nuh.az/10809-.html

Bakı-Qazax yolunda dəhşətli qəza: 5 tələbə öldü (FOTOLAR+YENİLƏNİB)

20.05.2017 18:15:47

LIVE

"Hundai" markalı 90-LD-773 dövlət nömrə nişanlı minik avtomobilinin yolun kənarına aşması nəticəsində ölənlərdən birinin adı məlum olub. “Report”un Aran bürosu xəbər verir ki, həmin şəxs avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Əmraslanlı Amraslan Müşfiq oğludur.

Digərlərinin şəxsiyyəti müəyyənləşdirilir. Ölənlərin meyitləri Şirvan şəhərindəki məhkəmə tibbi-ekspertizaya aparılıb.

Ölənlərin İmişli rayon sakinləri olduğu bildirilir. Ölən sərnişinlərin hamısı tələbədir.

****

15.45

Bakı-Qazax yolunda ağır avtomobil qəzası baş verib.

"Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, hadisə saat 15:00 radələrində Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində baş verib. Avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində ilkin məlumatlara görə, 5 nəfər ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib