Dərc edilib: 21-05-2017

https://www.nuh.az/10814-.html

Mərhum həmkarımız üçün “Son zəng” çalındı – Foto

21.05.2017 14:42:23

Cəmiyyət

Bu gün tanınmış jurnalist Zabil Müqabiloğlunun anım mərasimi keçirilib. ODA teatrında baş tutan tədbirdə tanınmış jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə mərhum jurnalistin xatirəsi anılıb, onun haqqında videoçarx təqdim edilib. Həmkarları və dostları jurnalistlə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Anım mərasimində Zabil Müqabiloğlunun müəllifi olduğu bir neçə şeir səsləndirilib.

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. “525-ci qəzet”, “Avropa”, “Tərcüman” qəzetlərində və uzun illər “Yeni Müsavat” qəzetində çalışıb.

Serrozdan əziyyət çəkirən həmkarımız bu ilin fevral ayının 26-da dünyasını dəyişib.  Nia.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib