Dərc edilib: 21-05-2017

https://www.nuh.az/10816-.html

Berluskoni hakimiyyətə gəlmək üçün bunu da etdi (FOTOLAR)

21.05.2017 18:28:02

Siyasət

İtaliyanın keçmiş prezidenti Silvio Berluskoni iqtidara gələ bilmək üçün yeni bir partiya yaradıb.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, son zamanlarda heyvanlara, xüsusilə də quzulara maraq göstərməsi ilə gündəmdə olan Berluskoninin gənc nişanlısı Françeska Paskal və prezidentliyi dövründə Turizm və Əyləncə naziri olmuş Mişel Viktoriya Brambilla ilə birlikdə yaratdıqları "Moviemento Animalista"nın ("Heyvansevərlər dərnəyi") təqdimat mərasimi keçirilib.

"İtaliyada 7,5 milyon ailə evində heyvan bəsləyir. Onların səslərini alacağımızdan əminəm. Məqsədimiz seçimlərdə səslərin 20 faizinə sahib olmaqdır. Bu dərnək "Forza İtaliya"ya da dəstək verəcək və bəlkə də bizi iqtidara aparıb çıxaracaq", - deyə Berluskoni bildirib.

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib