Dərc edilib: 21-05-2017

https://www.nuh.az/10817-.html

Dünən yol qəzasında ölən 5 tələbə kimdir? (TƏFƏRRÜAT)

21.05.2017 18:37:45

Hadisə

Dünən Hacıqabul rayonunda baş vermiş dəhşətli qəzada vəfat edən 5 tələbə ilə bağlı bəzi məqamlar üzə çıxıb.


Lent.az   xəbər verir ki, Baklı-Qazax magistralının 112-ci kilometrliyindəki döngədə aşan “Hyundai Accent” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobildə vəfat edən 5 gəncin hamısı İmişli rayon 5 saylı orta məktəbin məzunları olub. Onlar məktəbi 9-cu sinifdən bitirərək Bakıdakı Maliyyə İqtisad Kollecinə daxil olublar. Bakıda bir yerdə qalan dostlar altıncı-bazar günləri dərs olmadığından rayona ailələrinin yanına yola düşməyə qərar veriblər. Lakin Hacıqabul şəhəri yaxınlığında sürətlə hərəkət edən avtomobil döngəyə daxil olarkən idarəetmədən çıxaraq aşıb və 5 gənc hadisə yerindəcə vəfat edib.

Qəzada ölənlərdən ikisi xalaoğludur. Onlar əslən rayonun  Cəfərli kəndindəndir. 19 yaşlı Elvin Hüseynov, 18 yaşlı Əlizamin Azadlı , Elçin Əhmədov , 17 yaşlı Murad Süleymanlı və Əmiraslan Əmiraslanlı əzilərək ölüblər. 

Artıq vəfat edən tələbələrin hamısı dəfn edilib.

 

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib