Dərc edilib: 23-05-2017

https://www.nuh.az/10828-.html

Mançester terrorunun arxasından İŞİD çıxdı

23.05.2017 11:46:29

Hadisə

Ötən gecə Mançestrdə baş verən terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

 

“Qaynarinfo” xəbər verir ki, terror təşkilatı bununla bağlı sosial şəbəkədə video yayımlayıb. Rəsmi nümayəndələr hadisəni törədən şəxsin təkbaşına fəaliyyət göstərdiyini bildirib. Xatırladaq ki, amerikalı müğənni Ariana Qrandın konsertindən dərhal sonra canlı bomba tərəfindən törədilən hadisə nəticəsində 22 nəfər dünyasını dəyişib, 59 nəfər isə yaralanıb.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib