Dərc edilib: 24-05-2017

https://www.nuh.az/10845-.html

Alla Puqaçevanı 1975-ci ildə Bakıda kim oğurladı?

24.05.2017 16:38:10

Siyasət

Dünyaca məşhur sənətçi  Alla Puqaçeva  barəsində həmişə müxtəlif əfsanələr dolaşıb.

Əlbəttə, bu əfsanələrin içərisində həqiqət  payı olanlar da  az deyil.

Məlumatlı mənbənin NUH.az-a dediyinə görə,  1975-ci ildə Alla Puqaçevanın Bakıdakı konsertindən sonra  

onu ozamankı məşhur  "Atəşgah"  restoranına  dəvət edirlər. 

Suraxanıda yerləşən  bu restoran o dövr üçün  çox nüfuzlu bir istirahət  yeri  idi.

Mənbə NUH.az-a bildirib ki, konsertdən sonra Alla Puqaçeva  "Atəşgah"da istirahət etməli olur.

Amma "Atəşgah"ın direktorunun 19 yaşlı oğlu Alla Puqaçevanı  "oğurlayır".

Məsələ Mərkəzi Komitəyə çatdırılır, hətta işə Az.SSR-in ozamankı birinci katibi Heydər Əliyev qarışır.

Və nəhayət Alla Puqaşeva ilə "Atəşgah" direktorunun oğlu  Şamaxıda tapılır.

Səhəri günü "Atəşgah"ın Ağdamdan olan direktoru vəzifəsindən azad edilir.

P.S. Deməli,  məmur balaları sovet dövründə də bərk gedirmişlər.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib