Dərc edilib: 26-05-2017

https://www.nuh.az/10878-.html

Nəsir Muxtarlı APA-nı günahlandırır? - ...dezinformasiyadır...

26.05.2017 13:15:32

Cəmiyyət

Masallı rayonunun üç kəndində onlarla evdə çökmə baş verib, divarlarda iri çatlar yaranıb. Həmin evlərdən 35-i tam qəzalı vəziyyətə düşüb, bir neçə ailə evakuasiya olunub.


Dünən APA-nın verdiyi məlumata görə, rayonun Qodman, Əzizabad və Məmmədrzaküçə kəndlərində onlarla ev təhlükə ilə üzləşib. Belə ki, son vaxtlar yaşayış evlərində çökmələr baş verib və bəzi evlərin istinad divarlarında iri çatlar yaranıb. Bu ərazilərdə yenidən aktivlik müşahidə olunur.

 

Əksər qəzalı evlərin sakinləri qohumlarının evlərinə sığınmaq məcburiyyətində qalıblar. Kəndin bələdiyyə sədri Siruz Səfərovun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, yaxın günlərdə evlərə baxış keçiriləcək. Qeyd edək ki, hazırda Qodman kəndində 55, Əzizabad kəndində 11, Məmmədrzaküçə kəndində 11 yaşayış evində təhlükə qalmaqdadır.

Bu gün isə Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı bildirib ki, bələdiyyə sədri guya belə bir söz deməyib.

 

Birinci müavi Nəsir Muxtarlının dediklərinə diqqət edin...


"Yayılanlar dezinformasiya xarakterli məlumatdır. Bu hadisə tamam fərqli bir aspektdədir...  Dünən bir bələdiyyə sədri onu özü üçün şişirdib, indi də yanımdadır. Deyir mən elə bir məlumat verməmişəm. Mənim adımdan yazaraq ajiotaj yaratmaq istəyiblər.


Orada heç bir təhlükəli vəziyyət yoxdur və həmin evlərdə hazırda yaşayış var. Məsələ ilə bağlı daha da ətraflı araşdırma aparılacaq, əgər problem həqiqətən də ciddi olsa, bununla bağlı tədbirlər görüləcək".


Açığı birinci müavinin belə açıqlama verməsi adamın ağlına gəlmir. Tamamilə bir birini təkzib edən fikirlər, məntiqsiz mövqe və açıq şəkildə qabardılan müdafiə mövqeyi.

Başçının müavini kəndin bələdiyyə sədri Siruz Səfərovun yanında olduğunu və belə bir söz demədiyini açıqlayıb. Hə, bax işin əsas tərəfi də budur.

Necə olur ki, dünən bələdiyyə sədri hazırda Qodman kəndində 55, Əzizabad kəndində 11, Məmmədrzaküçə kəndində 11 yaşayış evində təhlükə qalmaqdadır deyir, bir gün sonra isə başqa söz. Daha bir məqam isə niyə bələdiyyə sədri özü açıqlama vermir? Nədən çıxıb demir ki, mən belə bir söz deməmişəm. Yəqin ki, bələdiyyə sədri danışa bilir və özünü müdafiə də edə bilər.

Həmçinin, məlumat ölkənin ən etibarli xəbər agentliklərindən biri olan APA-da yayılıb. Başçının müavini deyir ki, bu dezinformasiyadır. APA dezinformasiya yayır? yoxsa, nə baş verir? Bəs şəkillərə nə deyək? Bu şəkillər də dezinformasiyadır?

 

Yəqin ki, dünən açıqlama verən bələdiyyə sədri icra hakimiyyətinə çağrılaraq bərk danlanıb. Daha sonra isə bu problemin həll edilməsi Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlıya həvalə olunub. Muxtarlı da qaş qayırdığı yerdə vurub göz çıxardı. 


İcra başçısının müavini deyib ki, "Orada heç bir təhlükəli vəziyyət yoxdur və həmin evlərdə hazırda yaşayış var"... Əcəba uçma təhlükəsi olan evdə yaşamaq olarmı? Məsir Muxtarlı özü ülə bir evdə yaşayarmı?


Əgər kəndlərdə evlərin çökmə və ya uçma təhlükəsi varsa bunu nədən gizlətmək istəyirlər? Yaxud yoxdursa, bu informasiya, şəkillər  hardan peyda oldu? Bu suallara sözügedən kənddən hazırlanan reportajda aydınlıq gətiriləcək.

 

Bizimxeber.az

 

masallı999 masallı9 masallı7 masallı6 masallı5 masallı3 MAsallı sekiller

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib