Dərc edilib: 26-05-2017

https://www.nuh.az/10882-.html

QASİDin direktor müavini Ağəli İsmaylov mənim əmlakımı ələ keçirib

26.05.2017 15:05:45

Cəmiyyət

Sahibkar  Aslanlı Zahid Həsən oğlunun  məhkəmə hakimlərinin  qanunsuz  hərəkətləri  barədə Birinci Vitse-Prezident xanım M.Əliyevaya, Prezident Administrasiyasının rəhbəri cənab R.Mehdiyevə, Məhkəmə Hüquq Şurasının sədri cənab F.Məmmədova, Ali Məhkəmənin sədri cənab R.Rzayevə və Kütləvi İnformasiya Vasitələrinə müraciəti  bir neçə gün əvvəl  mətbuatda yayılmışdı.


Bu gün NUH.az-la əlaqə saxlayan Zahid Aslanlı müxbirimizə bildirib ki, QASİD  firmasının direktor müavini Ağəli İsmayılovun onun əmlakını qanunsuz olaraq ələ keçirməsi və məhkəmə hakimlərinin bu əmələ qanun donu geyindirməsi ilə bağlı yaxın günərdə mətbuat konfransı keçirəcək.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib