Dərc edilib: 26-05-2017

https://www.nuh.az/10885-.html

Prezidentin tapşırığından kimlər sui-istifadə edir?

26.05.2017 20:29:41

İqtisadiyyat

“Xidmət obyektlərində və eləcə də mağazalarda vergi yoxlamaları istisna olunmaqla, digər yoxlamaların 2 il müddətinə qadağan edilməsi prezident tərəfindən iş adamlarının fəaliyyətinə böyük dəstək olsa da, təəssüf ki, sahibkarlar bundan sui-istifadə etməyə çalışırlar”

Bu sözləri "İstehlakçıların maarifləndirilməsi və  hüquqlarının müdafiəsi"  İctimai Birliyinin sədri Azər Sərdarov NUH.az  saytına deyib.

Ekspertin sözlərinə görə, son dövrlər mağazalarda vaxti keçmiş malların sayının artması müşahidə edilir: "Yoxlamaların olmamasından bəzi sahibkarlar sui-istifadə etməyə çalışırlar. Buna görə də istehlakçılar məhsul alan zaman diqqətli olmalıdır. Ərzaq məhsulları alan zaman həmin məhsulun istifadə vaxtına diqqət yetirmək lazımdır”.

QHT  sədri  Azər  Sərdarov  onu da bildirib ki, istehlakçının  mal alarkən diqqətli olması  vaxtı keçmiş, köhnə malların satışının azaldılmasına gətirib çıxara bilər.

 

   NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib