Dərc edilib: 27-05-2017

https://www.nuh.az/10892-.html

Ramazanın ilk günü terror: 18 ölü, 10 yaralı

27.05.2017 13:12:49

Hadisə

Əfqanıstanın şərqində yerləşən Xost bölgəsində bomba ilə yüklü maşın terrorçular tərəfindən təhlükəsizlik qüvvələrinin üstünə sürülüb və partladılıb.

"Qaynarinfo" "Al Jazeera"yə istinadən xəbər verir ki, səhər saatlarında baş verən terakt nəticəsində çoxu mülkü şəxs olmaqla 18 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Qeyd edək ki, Taliban terror qrupu dünən bildirmişdi ki, hücumların sayı daha da artırılacaq.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib