Dərc edilib: 28-05-2017

https://www.nuh.az/10899-.html

Ağcabədidə 4 metr uzunluğunda gürzə öldürüldü

28.05.2017 13:06:57

Maraqlı

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün Komu Ağayev dörd metr uzunluğunda olan ilanı öldürüb.


 "Report"  xəbər verir ki, qəsəbənin Alxaslı obasında K.Ağayev xallı sarı gürzə kimi tanınan ilanı həyətində əl ağacı ilə öldürüb.

Sakinlərin məlumatına görə, son günlər havaların istiləşməsi ilə Laçın obalarında ilanların peyda olması adi hala çevrilib. Lakin dörd metrlik ilanın həyətlərə girməsi ilk dəfə müşahidə olunub. 

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib