Dərc edilib: 28-05-2017

https://www.nuh.az/10900-.html

Təəssüf ki, Məhəmməd Əmin Rəsulzadə hələ də canlıdır

28.05.2017 14:04:40

Siyasət

Rasət  Pirisoyu

 

( esse ) 

 

Qarşıdan Cümhuriyyət günü gəlir. 
28 May! 
Azərbaycan tarixinin ən unikal hadisələrindən biri. 
Mən yazılara göz gəzdirirəm, 28 Mayla bağlı fikir söyləyənlərin demək olar ki, hamısı Azərbaycan Xalq Cümhuriyyəti qurucularının adını çəkir; M.Ə. Rəsulzadənin, F. Xoyskinin, Xosrov bəy Sultanovun, Məhəmmədhəsən Hacinskinin, Nəsib bəy Yusifbəylinin və başqalarının... Adında «xalq» sözünün olmasına baxmayaraq, heç kəs Azərbaycan Xalq Cümhuriyyətini XALQ qurduğunu demir.
Bu da təbiidir...
Buna diqqəti niyə çəkmək istəyirəm. 
Çox sadə bir səbəbə görə...
Tarixdə heç bir vaxt heç bir toplum heç nəyi həll etmir. Bu o vaxta qədər davam edir ki, adına tarixi missiya deyilən sirli, passionar, nəhəng bir anlayış meydana çıxır. Bu anlayışı topluma tarixi şəxsiyyətlər təqdim edir.

Tarixi missiya məlum olandan sonra toplum, kütlə, insan yığınağı (kim necə istəyir, elə də ifadə etsin) avtomatik şəkildə XALQA çevrilir.

Bu mənim yadıma müxtəlif tarixi məqamları salır.
Həm öz tariximizdən, həm də dünyanın tarixindən...
Tarixi şəxsiyyətlər də bir - birindən fərqlənir...

Bu tarixi şəxsiyyətlrin arasında öz xalqlarını facıəyə aparanlar da olub, toplumu, kütləni, insan yığnağını (kim necə istəyir, elə də ifadə etsin), qula, təəbəyə, vətəndaşa, xalqa, millətə çeirənlər də...

Burda mənim yadıma bir incə bir tarixi məqam düşür. 
Hitler Almaniyasının SSRİ-yə hücumu...
O hücum nəhəng SSRİ-ni qullar ölkəsinə çevirən Stalini çox maraqlı tarixi fakt qarşısında qoymuşdu.
Stalin uzun müddət SSRİ əhalisinin qaşısına çıxa bilməmişdi.
Ən nəhayət, iyulun 3-də SSRİ əhalisinə müracət etmək məcburiyyətində qalmışdı. 
Bilirsiniz çıxışına necə başlamışdı:
«Tovarişi...»
Sonra pauza vermişdi:
«Bratya i syostrı...»
Bilirsiniz, bu tarixi müraciətin incəliyi nədə idi?
Ən nəhayət, Stalin başa düşümüşdü ki, Hitlerlə vuruşmaq üçün onun «tovarişi»ləri heç nəyə yaramır... Bu müharibəni Vətən müharibəsinə çevirmiək lazımdır.
XALQ isə «bratya i syostrı...»lar idi.

Mən bütün gecəni Məhəmməd Əmin Rəsulzadənin 1953-cü ildə Azərbaycan xalqına tarixi müraciətini bir neçə dəfə dinləmişəm. Bu müracəti başa düşməyə çalışımışam. Bu müraciətdəki tarixi hiss etmək istəmişəm. Və birdən - birə mənə məlum olub ki, Məhəmməd Əmin Rəsulzadə həmişə Azərbaycan xalqının yanında olub; ortada fiziki ayrılıq olsa da, o, hec bir vaxt Azərbaycan xalqını tərk etməyib, Məhəmməd Əmin Rəsulzadə ilə Azərbaycan xalqı arasında mənəvi əlaqələr heç bir vaxt qırılmayıb.

Azərbaycan xalqının mənəvi dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən bəri Məhəmməd Əmin Rəsulzadə olub, Məhəmməd Əmin Rəsulzadə olaraq qalır... 
Amma mən bütün varlığımla Məhəmməd Əmin Rəsulzadənin tarixə qovuşmasını istəyirəm.
Biz bir çox tarıxı məqamlarda ləngimişik.
Təəssüf ki, Məhəmməd Əmin Rəsulzadə TARİXİN tarixi şəxsiyyəti ola bilmir.
Məhəmməd Əmin Rəsulzadə hələ də canlıdır... Həm də, cox təəssuf ki, hələ də canlidir... Bizim hər birmizdən daha canlı...

NUH informasiya agentliyi səhifəsindən çap edilib