Dərc edilib: 30-05-2017

https://www.nuh.az/10920-.html

İntihar edən qadın Fərhad Qəribovun qardaşı qızı olub

30.05.2017 13:18:55

Cəmiyyət

Bakının Binəqədi rayonunda gənc qadının ölümü ilə bağlı bəzi detallar məlum olub.

 

Missiya.az  xəbər verir ki, özünü 8-ci mərtəbədən yerə atan 1993-cü il təvəllüdlü Lamiyə Rafiq qızı Qəribova sabiq deputat Fərhad Qəribovun qardaşı qızıdır. 

Qadının əmisi Fərhad Qəribov Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub.

L.Qəribova bu gün dəfn olunub. Yas mərasimində Fərhad Qəribov da iştirak edib.

Xatırladaq ki, hadisə rayonun 8-ci mikrorayon ərazisində yerləşən binalardan birində qeydə alınıb. O, yerindəcə keçinib. L.Qəribova iki uşaq anasıdır.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb. 

 

     NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib