Dərc edilib: 31-05-2017

https://www.nuh.az/10928-.html

Elmira Rəhimova illər sonra ortaya çıxdı

31.05.2017 11:25:19

Cəmiyyət

Efirlərdən uzaq gəzən, uzun müddətdir ki, səhhətində problem yaranan Azərbaycanın xalq artisti Elmira Rəhimovadan xəbər var. 

“Qafqazinfo” xəbər verir ki, teleaparıcı Hacı Nuran Hüseynov xalq artisti ilə birgə fotosunu paylaşıb. Aparıcı bildirib ki, o,E. Rəhimovanı ziyarət edib və müğənni xəstəliyi barədə çox danışmaq istəməyib:

“Elmira Rəhimovaya baş çəkdim . Xəstəlikdən çox danışmaq istəməsə də, onu söhbətə tutub səhhəti barədə məlumat əldə etdim. Sən demə, müğənninin nəvəsi də ağır xəstəlikdən əziyyət çəkir”.

Xalq artisti “Qafqazinfo”ya açıqlamasında “Bütün efirlərdən imtina edirəm, ekranlarda görünmək istəmirəm. Hazırda canımla əlləşirəm. Səhhətimdə problemlər var. Dərmanlarımı qəbul edirəm, inanıram ki, hər şey yaxşı olacaq”,-deyə bildirmişdi.  

Müğənninin yaxınları isə Elmira Rəhimovanın şəkər xəstəliyindən əziyyət çəkdiyini, həkim nəzarətində olduğunu demişdi. 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib