Dərc edilib: 01-06-2017

https://www.nuh.az/10936-.html

Kamal Abdulla vəzifəsini itirdi?

01.06.2017 17:28:55

Siyasət

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiqlənib.

 

 BakuPost.az   xəbər verir ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri yerinə Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsi yaradılıb. 

 Ancaq bu şöbəyə təyin olunan müdirin adı açıqlanmayıb. 

 Qeyd edək ki, prezidentin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla idi.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib