Dərc edilib: 02-06-2017

https://www.nuh.az/10940-.html

Deputatdan prezidentin qərarına dəstək

02.06.2017 10:52:17

Siyasət

Millət vəkili Fazil Mustafa ötən gün ölkə başçısı tərəfindən Prezident Aparatında aparılan struktur dəyişikliyinə əsasən hüquq-mühafizə orqanları ilə iş şöbəsi ilə hərbi məsələlər şöbəsi bir-birinə birləşdiriliməsi məsələsinə münasibət bildirib. 

Deputat “Qafqazinfo”ya açıqlamasında deyib ki, strukturların birləşdirilməsi məsələləri prezidentin səlahiyyətləinə daxildir:  “O,  hansı çevik mexanizmi uyğun görürsə, onu da dəyişdirir. Məncə,  konkret sahələrin idarə olunması xeyli dərəcədə daha çevik modeldir. Həm hüquq mühafizə orqanları ilə iş sahəsində, həm də hərbi sahədə onsuz da ortaq bir fəaliyyət gerçəkləşdirilir. Belə bir vəziyyətdə bu cür idarəeetmə strukturu ilə bunun həyata keçirilməsi  müəyyən dərəcədə iş potensialına qənaət olunmasına da xidmət edir  Bu addımın hansı məqsədlə atıldığı açıqlanandan sonra daha çox aydınlaşacaq. Ancaq mən bunu müsbət qarşılayıram.  

Hətta hesab edirəm ki, bir çox strukturlarda, universitetlərdə birləşmə prosesini aparmaq lazımdır.  Çünki daha yığcam və çevik mexanizmlərin olması idarəetməni bir az da asanlaşdırır. Hazırlanan sənədlərin hüquqi əsasını təşkil edən müəyyən addımlar fəaliyyət istiqamətləri eynidir.  Belə olanda çox şaxələnmiş idarəetmə sistemi müəyyən dərəcədə problemlər, ziddiyyətlər yaradır. Bu baxımdan çevik mexanizm olaraq düşünürəm ki, bu, müsbət haldır”.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib