Dərc edilib: 03-06-2017

https://www.nuh.az/10955-.html

İranda güclü partlayış: 35 nəfər yaralanıb

03.06.2017 10:58:30

Region

İranda güclü partlayış olub.

"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, hadisa ölkənin cənubunda Şiraz şəhərində, supermarketlərin birində baş verib. Partlayış nəticəsində bina tamamilə məhv olub, 35 nəfərə yaxın insan yaralanıb. Yaralılardan 15-nin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayış zamanı yaxınlıqda yerləşən binalara da ciddi ziyan dəyib.

Hadisənin kimlər tərəfindən törədildiyi barəsində hələlik bir məlumat verilmir. İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.

Faktla bağlı araşdırma aparılır. 

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib