Dərc edilib: 04-06-2017

https://www.nuh.az/10972-.html

Bu qız ən zəhərli əqrəbi ağzında 3 dəqiqə saxlayaraq...

04.06.2017 19:41:57

Günün sitatı

Taylandın "Əqrəb kraliçası" adlandırılan Kançana Kaitkaiyu dünyanın ən zəhərli əqrəbi sayılan qara əqrəbi ağzında 3 dəqiqə 28 saniyə saxlayaraq "Ginnesin Rekordlar Kitabı"na düşüb. "Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, müsabiqə Taylandın Pattaya şəhərində yerləşən "Ripley's Believe it or Not" muzeyində baş tutub. O, yeganə taylandlı qadındır ki, rekordlar kitabına adını yazdırıb. Qeyd edək ki, bu sahədə ondan başqa digər bir qadın da var. Belə ki, həmin iştirakçı 50 min canlı əqrəblə 12 metrlik şüşə qutu içərisində 33 gün keçirərək adını rekordlar kitabına düşmüşdü. Bu əqrəblərin 2000-ə yaxın növü var və təxminən 40 min insanı öldürə biləcək qədər zəhərə sahibdirlər. Həşəratlardan tutmuş siçanlara qədər hər şeylə qidalanan bu əqrəblər ac və susuz bir ilə qədər yaşaya bilirlər. Bu canlılar 12-yə qədər gözləri olsa da, zəif görürlər və öz ovlarını iybilmə qabiliyyətləri ilə tuturlar. Onlar qatı şeylər yeyə bilmədikləri üçün ovlarını zəhərlərləyib sonra həzm edirlər.

 

  NUH.az  

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib