Dərc edilib: 04-06-2017

https://www.nuh.az/10977-.html

Natiq Əliyevin vəziyyəti ilə bağlı açıqlama: Ürəyi dayanıb…

04.06.2017 20:52:07

Günün sitatı

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir.

Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya bildirilib ki, N. Əliyev xəstəxanaya gətirilən zaman ürəyi dayanıb, süni masajla yenidən həyata qaytarılıb.

Hazırda N. Əliyev  reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib