Tanınmış aparıcı övladına təmtəraqlı ad günü keçirdi
Tanınmış radio aparıcısı, Space radiosunun sevilən xəbər spikeri Famil Məcidli övladı Duyğu xanımın 10 yaşının tamam olması münasibəti ilə məclis qurub. “Kivnews.com” İnformasiya Portalı xəbər verir ki, məclis paytaxtda yerləşən restoranların birində baş tutub.
Aparıcının məclisində qohumları, dostları ilə yanaşı ölkənin tanınmış sənət adamları də iştirak ediblər. Əməkdar atrist Lalə Məmmədova, Əməkdar artist Nüşabə Ələsgərli, Əməkdar artist Səlim Abbasov, Elşad Qarayev, Bahar Lətifqızı, müğənni-bəstəkar Murad Arif, Qadir Fətəliyev və digər sənət adamları şənliyə qatılaraq öz gözəl ifaları ilə məclisə əlavə rəng qatıblar. Məclisin aparıcısı isə hər kəsin sevimlisi Əməkdar artist Mehriban Xalarova olub.
Təmtəraqlı təşkil olunmuş ad günü məclisi uşaqlar üçün daha da yaddaqalan olub. Əyləncəli şou-proqram köpüklü şou, foks nümunələri, nağıl qəhrəmanlarının çıxışları ilə davam edib.
“Kivnews.com” olaraq biz də səbəbkarı təbrik edir, hər zaman sevilib seçilən olmasını, səsinin yüksəklərdən gəlməsini arzulayırıq.