Dərc edilib: 05-06-2017

https://www.nuh.az/10986-.html

Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə təyinat (FOTO)

05.06.2017 15:24:22

Siyasət

Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib.

"Qaynarinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən, general-polkovnik Elçin İsağa oğlu Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin olunub.

Qeyd edək ki, E.Quliyev indiyə qədər Dövlət Sərhəd Xidmətinin rəisi və Sərhəd Qoşunlarının komandanı idi. 

 

 

     NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib