Dərc edilib: 06-06-2017

https://www.nuh.az/10993-.html

Azərbaycanlı bacılar Türkiyədə birinci oldular

06.06.2017 21:21:58

Cəmiyyət

Əcnəbi tələbə sayı yüksək olan Türkiyənin Baxçeşəhir Universitetində bir neçə gün bundan əvvəl məzun günü keçirilib. Məzun gününə 3min 100 tələbə qatılıb. 57 ölkədən 288 əcnəbi tələbə məzun olub. Məzun törəninə azərbaycanlı tələbələr də qatılıb.


Modern.az   xəbər verir ki, Baxçeşəhir Universitetinin Beynəlxalq Maliyyə və İqtisad fakültəsinin azərbaycanlı məzunu Günel Musayeva universitet birincisi olub və “Altun beyin” ödülü qazanıb. Günel Musayeva 106 ölkə təmsilçisi içərisində universitet birincisi olub. O, özünü çox xoşbəxt hiss etdiyini deyib.

“Universiteti yüksək nəticə ilə bitirdiyimə görə çox xoşbəxtəm. Baxçeşəhir Universitetində oxuyan hər kəs çox fərqli düşüncəyə sahibdir. Hər bir insan uğura nail olursa, bu təsadüf deyil. Uğurun əldə edilməsində yüzdə əlli faiz bizim əməyimiz varsa, 100-də əlli faizində təhsilin və müəllimlərin əməyi var”.

Baxçeşəhir Universitetinin Beynəlxalq maliyyə və Menecment fakültəsinin azərbaycanlı məzunu Xeyransa Musayeva isə yüksək nəticə göstərərək universitet üçüncüsü olub. Xeyransa Musayeva Günel Musayevanın bacıdır.

O, Universitetə daxil olduğu gündən yüksək göstərici ilə bitirəcəyini hiss etdiyini deyib.

“Bu gün 5 il bundan öncəki arzularımı gerçəkləşdirə bildiyim üçün çox xoşbəxtəm. Universitet mənə təkcə təhsil və bu sahədə uğurlar vermədi, həm də yaxşı dostlar 106 fərqli ölkədən olan insanlarla birgə olmaq şansını verdi”.

Azərbaycanın Təhsil Nazirliyi Musayeva bacılarının uğurlarını yüksək qiymətləndirib.

“Biz fəxr edirik ki, orta məktəbdə oxuyan şagirdlərimiz ali təhsilini xarici ölkədə bu cür formada davam etdirir. Təbii ki, bu, sevindiricidir. Təhsil sistemində bu cür uğurların baş verməsi digər şagirdlər üçün də nümunədir. Günel və Xeyransa Musayeva bacılarını təbrik edir və uğurlar arzulayırıq”-deyə nazirlikdən verilən açıqlamada bildirilib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib