Dərc edilib: 07-06-2017

https://www.nuh.az/10994-.html

Tehranda silahlı atışma: Parlament binası və Xomeyninin məqbərəsi hədəfə alınıb

07.06.2017 11:01:18

Hadisə

İranın paytaxtı Tehranda sukut pozulub.  

"Qaynarinfo" İran KİV-lərinə istinadən xəbər verir ki,  İran parlamenti və Tehranın cənubunda yerləşən Xomeyninin məqbərəsində silahlı atışma gedir. Belə ki, silahlı şəxslər parlamentin binasına girərək, mühafizəçiləri gülləyib. Bir-neçə nəfəri isə girov götürüb.

Həmçinin İran inqilabının lideri Xomeyninin məqbərəsinə də silahlı hücum edildiyi yayılan məlumatlar sırasındadır. 

Rəsmilər silahlı şəxslərin zərərsizləşdirilməsi üçün əməliyyata başlandığı və Tehranda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildiriblər.

 

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib