Dərc edilib: 08-06-2017

https://www.nuh.az/11007-.html

Trampdan dünyanı heyrətləndirən addım – Qətər əmirini Ağ Evə dəvət etdi

08.06.2017 11:31:29

Siyasət

ABŞ prezidenti Donald Trampla Qətər əmiri Təim bin Hamad əl Tani arasında telefon danışığı olub.

Qaynarinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika mətbuatında məlumat yayılıb.

Məlumatda bildirilir ki, Donald Tramp Qətərin məruz qaldığı diplomatik qalmaqalın aradan qaldırılması üçün yaradılacaq təşəbbüsdə iştirak edəcəyini və Qətər əmiri əl Tani ilə Ağ Evdə görüşə biləcəyini deyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Yəmən Qətərə qarşı sanksiyalara başlayıb. Bu diplomatik qalmaqallar zəminində Qətərin bu ölkələrdəki diplomatik korpusları ilə “Qatar” aviaşirkətinin ofisləri bağlanıb, Qətər aviareysləri bağlanıb və sadəcə S. Ərəbistanı ilə quru sərhəddi olan ölkədə ərzaq böhranı yaranıb.

 

 

    NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib