Dərc edilib: 09-06-2017

https://www.nuh.az/11018-.html

Ərdoğan təsdiqlədi: Qətəri türk əsgərləri qoruyacaq

09.06.2017 13:32:32

Region

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə türk əsgərlərinin yerləşdirilməsi ilə bağlı sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb.

"Qaynarinfo" xəbər verir ki, Türkiyə ilə Qətər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü ildə imzalanmış saziş Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə tutur.

Qeyd edək ki, Qətərlə başqa ərəb ölkələri arasında yaşanan böhran fonunda rəqmi Dohanın Türkiyədən hərbi dəstək istəməsi Yaxın Şərqdəki proseslərə təsirsiz ötüşməyəcək. Belə ki, son zamanlar ilk dəfə Türkiyə və İranın Yaxın Şərq siyasəti üst-üstə düşür. Türkiyə ilə yanaşı İran da Qətərə hərtərəfli dəstək verəcəyini bəyan edib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib