Dərc edilib: 09-06-2017

https://www.nuh.az/11024-.html

ETSN 9 saylı şöbəsinin müdiri “baş nazirin qərarıdır” deyib pul yığır? – ÖZƏL

09.06.2017 19:09:24

Hadisə

Azərbaycanda qeyri-neft sektorunun inkişafı, sahibkarların rahat şəkildə fəaliyyət göstərməsi bir başa prezident İlham Əliyevin nəzarəti altındadır. 

Prezident çıxışlarında dəfələrlə bildirib ki, sahibkarlara lazımı şərait yaradılmalıdır, onlar incidilməməlidir. Amma di gəl ki, hələ də bəzi məmurlar bu tapşırığa məhəl qoymur, öz mənafelərini güdərək bütün cəhdlə maneə olmağa çalışırlar.

Bizimxeber.az-a daxil olan şikayət məktubunda olduqca maraqlı detallar yer alıb ki, onların rəsmi səviyyədə araşdırlmasına ciddi ehtiyac var.

Belə ki, Babalkən rayonu Qullar kənd sakinləri şikayət məktubunda yazır: “9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək arıçılığın inkişafına maneələr yaradır. Hansı ki, Prezident cənab İlham Əliyev arıçılığın inkişaf etdirilməsi üçün xüsusi tapşırıqlar verib, bu sahəni diqqətdə saxlayırş”.

Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, Qullar kənd sakinləri uzun illərdi arıçılıqla məşğul olur, bu rayonun Qullar kənd ərazisində meşə zolağında arı saxlayırlar. Burada eyni meşə zolağında 50 dən çox arıçılıqla məşğul olan şəxs var. Böyük bir sahədə arı istehsalı müəssisəsini xatırladır. Təxminən 4000-5000 arı yeşiyimiz (arı ailəsi) var.

9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov hər bir arı yeşiyinə görə bizdən 1-2 manat pul istəyir. Bu isə ayda hesablayanda 10.000 manat pul edir. Biz bunun qanunsuz olduğunu bildirdikdə bizə deyir ki, guya baş nazir Artur Rəsizadənin bu barədə qərarı var. Ancaq biz öyrəndik ki, cənab baş nazir Artur Rəsizadənin belə bir qərarı yoxdur.

Ödənilən pula qəbz verilmir buna dair heç bir sənədi bizə təqdim etmir. 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov yalandan Artur Rəsizadənin adından istifadə edib cibini doldurur.

Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edirərək kömək istəyirik. Baş nazirin belə qərarı varmı? Varsa pulu hara ödəməliyik? Hansı hesaba ödəməliyik? Əgər belə bir qayda yoxdursa, 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlkiram Qasımovun barəsində ciddi tədbirlər görəsiniz.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xətinə etdiyimiz şikayətə baxılmaması onu deməyə əsas verir ki,  müdir Əlikiram Qasımov bu işi tapşırıq əsasında həyata keçirir”.

9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlkiram Qasımovla əlaqə saxlamaq çəhdlərimiz boşa çıxdı. Dəfələrlə etdiyimiz zənglərə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.  Bizimxeber.Az

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib