Dərc edilib: 09-06-2017

https://www.nuh.az/11025-.html

Mətbuat katibi Natiq Əliyevin son fotosunu paylaşdı (FOTO)

09.06.2017 19:18:33

Maraqlı

Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva nazir Natiq Əliyevin vəfatından yazıb.

 

Tanınmış jurnalist Natiq Əliyevlə son fotosunu və yazdığı qeydləri paylaşıb: 

"Həyatda gördüyüm ən ziyalı, ən mədəni , ən səmimi ,ən gözəl insan, bizim milli dəyərimiz - Natiq Əliyev! Allah Sizə rəhmət eləsin! Ruhunuz Şad olsun!

Onunla ən axırıncı şəklim. Keçən həftə bugünkü gün. “Statoil”lə görüşdə.

Adam çox idi deyə şəkildə görünmək istəmədim. Amma Siz məni çağırdınız ki, Zəminə gəl. Daha məni çağırmayacaqsınız. Tapşırıq verəndə belə “-sənə zəhmət verəcəm” - deməyəcəksiniz. Daha mənə telefonda ” Bir dəqiqə - cənab nazir sizinlə danışacaq“ deyilməyəcək. Həddindən artıq yorucu həyatda daha Sizin sözlərinizdən, rəftarınızdan enerji ala bilməyəcəm. Siz bizim qəlbimizdə həmişə yaşayacaqsınız…"

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib