Dərc edilib: 09-06-2017

https://www.nuh.az/11027-.html

“Natiq Əliyevin xidmətləri unudulmayacaq” - Ərdoğanın kürəkəni

09.06.2017 19:58:46

Region

Türkiyənin Enerji və təbii sərvətlər naziri, həmçinin Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı ilə əlaqədar başsağlığı məktubu yayımlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Albayrak Natiq Əliyevə Allahdan rəhmət diləyib, yaxınlarına, ailəsinə, Azərbaycan və Türk xalqına başsağlığı verib.

Məktubda qeyd edilib ki, N.Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələrində çox faydalı rol oynamışdı:

“Onun Azərbaycanın enerji sektorunda etdiyi xidmətlər heç zaman unudulmayacaqdır. Onun xatirəsi ölkəmizdə də hörmətlə yad ediləcəkdir”.

Qeyd edək ki, Natiq Əliyev bu gün müalicə aldığı İstanbulda vəfat edib.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib