Dərc edilib: 10-06-2017

https://www.nuh.az/11029-.html

Natiq Əliyevin nəşi Bakıya gətirildi

10.06.2017 11:13:52

Hadisə

Türkiyədə vəfat etmiş energetika naziri Natiq Əliyevin cənazəsi Bakıya gətirilib. 

"Qaynarinfo" xəbər verir ki, Heydər Əliyev adına beynəlxalq hava limanına gətirilən cənazə vida mərasiminin baş tutacağı Bakı Mədəniyyət Mərkəzinə aparılıb. Mərhum nazir bu gün II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, ötən həftə səhhətində problem yaranan Natiq Əliyev Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Daha sonra isə İstanbuldakı "Florence Nightingale" xəstəxanasına aparılmışdı.

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib