Dərc edilib: 12-06-2017

https://www.nuh.az/11043-.html

Mikayıl Cabbarov Aparat rəhbərini işdən çıxartdı

12.06.2017 12:38:07

Maraqlı

Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev vəzifəsindən azad olunub.

 

 “Report”   xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. 

Belə ki, F.Rzayev Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini vəzifəsinə təyinat alıb.

"Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə isə hələ ki, təyinat olmayıb", - deyə, C.Valehov əlavə edib.

Xatırladaq ki, F.Rzayev Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə bu ilin yanvar ayında təyin olunmuşdu.

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib