Dərc edilib: 12-06-2017

https://www.nuh.az/11050-.html

Gənc qadın sevgilisiylə əyləncəyə getdi - 2 körpə öldü + Foto

12.06.2017 20:34:37

Hadisə

ABŞ-ın Teksas ştatında 19 yaşlı Amanda Haukins adlı qadının məsuliyyətsiz hərəkəti 2 uşağının ölümünə səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, gənc qadın sevgilisi ilə bir partiyə getmək istəyib.

Lakin, o, 1 və 2 yaşlı qızını isə maşında qoyub. Gənc qadın partidə içkinin təsiri altında uşaqları unudub və 15 saat sonra uşaqları xatırlayıb.

Haukins maşına qayıdanda isə uşaqları halsız görüb və dərhal xəstəxanaya çatdırıb. 15 saat, ac, susuz və havasız qalan 2 körpəni bütün cəhdlərə baxmayaraq xilas etmək mümkün olmayıb.

Qadın yalan ifadə verərək uşaqların göl kənarında gül iylədikdən sonra hallarının pisləşdiyini deyib. Lakin, polis qadının əməlinin üstünü açıb və məsuliyyətsiz ananı həbs edib.

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib