Rusiyada 650 nəfər həbs olundu - Etirazlar davam edir
Xəbər verdiyimiz kimi, Rusiyada “Korrupsiya Qarşı Mübarizə Fondu”nun qurucusu Aleksey Navalnı ölkədə davam edilən kütləvi mitinqlər səbəbindən saxlanılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müxalifət liderinin həyat yoldaşı Yuliya Navalnaya sosial mediada ərinin saxlanılması ilə bağlı bu sözləri yazıb:
“Alekseyi evimizin qarşısından apardılar. Mənə dedi ki, mitinqlərlə bağlı planlar dəyişməyib”.
Qeyd edək ki, bu gün müxalifətin çağırışından sonra Rusiyanın müxtəlif şəhərlərində Putin əleyhinə aksiyalar başlayıb. Məlumata görə, Moskvada 150, Sankt-Peterburqda isə 500 nəfər saxlanılıb.
NUH.az