Dərc edilib: 13-06-2017

https://www.nuh.az/11056-.html

Yaponiyada 2 əsrdən sonra bir ilk yaşanacaq

13.06.2017 15:43:02

Maraqlı

Yaponiyada bir müddətdir ki, imperator taxtında kimin əyləşəcəyi müzakirə edilir.


"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, ölkənin hazırkı imperatoru Akihito 2018-ci ildə taxtdan enəcək. Bu, tarixi bir qanunla da dəqiqləşib. Belə ki, parlament imperator Akihitonun taxtdan çəkilməsinə icazə verən qanunu qəbul edib. Qanuna əsasən 83 yaşlı imperator 3 il ərzində hakimiyyətdən getməlidir.

Ötən ilin avqust ayında yaşı və sağlamlığı ilə əlaqədar taxtdan düşmək istədiyini bildirən imperator qəbul edilən yeni qanunla 200 ildən sonra bu şəkildə hakimiyyətdən gedən ilk imperator olaraq tarixə keçəcək. Onun yerinə böyük oğlu şahzadə Naruhito gələcək.

Yaponiyada imperator hakimiyyəti iki min ildən artıqdır ki, atadan oğula keçməklə idarə olunur. Maraqlısı budur ki, kral ailəsində varislərin yaşının az olması növbəti seçkilərdə qadınların da hakimiyyətə gələ bilməsinə icazə verən qanunun qəbul edilməsi məsələsini gündəmə gətirib. Bu qanunun qəbul edilməsinə tərəfdar olanlar da var. Belə ki, Yaponiyanın ən böyük müxalif partiyası olan Demokrat partiyası sözügedən qanunun qəbul edilməsinin lehinədir.

Qeyd edək ki, Yaponiyada taxtdan öz razılığı ilə çəkilən son imperator 1817-ci ildə Kokaku olmuşdu.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib