Dərc edilib: 13-06-2017

https://www.nuh.az/11057-.html

Bahar Muradova: "Kimin özəl söhbəti varsa.."

13.06.2017 15:50:08

Siyasət

Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəzi deputatlara xəbərdarlıq edib.

 

“Report”   xəbər verir ki, B.Muradova bəzi deputatların iclasda sakitliyə riayət etməmələrinə irad tutub: “Kimin özəl söhbəti varsa, çölə çıxsın. Burada səsinizdən iclasdakı müzakirələri eşidə bilmirik”.

Parlamentin Komitə sədri Hadı Rəcəbli buna görə B.Muradova təşəkkürünü bildirib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib