Dərc edilib: 14-06-2017

https://www.nuh.az/11062-.html

Baş redaktora hökm oxundu - 7 il həbs

14.06.2017 18:44:09

Cəmiyyət

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


"Qaynarinfo"nun məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə F. Fərəməzoğlu son söz deyib. Daha sonra hökm öxunub. Hökmə əsasən, F.Fərəməzoğlu 2 il jurnalist fəaliyyəti ilə məşğul olmamaq şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror F.Fərəməzoğlunun 3 il jurnalist fəaliyyətindən məhrum edilməklə 8 il azadlıqdan məhrum olunmasını istəmişdi.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib