Dərc edilib: 14-06-2017

https://www.nuh.az/11065-.html

Kollektiv “Son zəng”də məktəbə yox, onun məzarına yığışdı… - Fotolar

14.06.2017 19:56:36

Cəmiyyət

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Laçın rayonu, 45 saylı orta məktəb də bu il “Son zəng” çalınmayıb.

 a24.az-ın  məlumatına görə, buna səbəb “Son zəng”ə bir neçə gün qalmış 11-ci sinif şagirdi İsmayıl Quliyevin dünyasını dəyişməsidir. Müəllimləri və sinif yoldaşları onun tərbiyəli uşaq olduğunu və məktəbdə aktiv şagird kimi tanıdıqlarını elə onun məzarı üstündə qeyd ediblər.

Sinif rəhbəri Xəyalə Əsədova şagirdinin dərslərdə fəal iştirak etdiyini vurğulayıb: “Baxmayaraq, son bir ildə xəstəlik üzə çıxmışdı amma ürəyi məktəblə döyünürdü . Məkətəbə çox bağlı bir insan idi. Dostları arasında hörməti olan şagirdlərimizdən idi…”

Qeyd edək ki, ikinci qrupa hazırlaşan İsmayıl xərçəng xəstəliyinə yoluxubmuş. 2 iyun axşamı dünyasını dəyişən şagirdin sinif yoldaşları, məktəbin direktoru Şakir Əhmədov və məktəbin müəllim kollektivi bu günü məktəbə yox, onun məzarına yığışıblar. Bütün tədbirləri ləğv edib İsmayılı anıblar.

 

  NUH.az 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib