Dərc edilib: 14-06-2017

https://www.nuh.az/11066-.html

Jurnalistlər və ekspertlər BSU-da imtahanı izlədi – FOTO

14.06.2017 20:04:14

Cəmiyyət

Bakı Slavyan Universitetində (BSU) imtahan sessiyasının gedişini izləmək üçün ictimai monitorinq keçirilib.
NUH.az   xəbər verir ki, monitorinq BSU-nun rektoru, professor Nurlana Əliyevanın 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasında şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə verdiyi əmrə əsasən təşkil edilib. Universitetin müxtəlif fakültələrində keçirilən monitorinqdə təhsil ekspertlərindən Şahlar Əsgərov, Kamran Əsədov, Nadir İsrafilov və KİV nümayəndələri iştirak edib.
Monitorinq çərçivəsində 23 qrup üzrə imtahan yazı otaqlarına baxış keçirilib. Media və ictimaiyyət nümayəndələri Beynəlxalq münasibətlər, Pedoqoji, Tərcümə fakültələrinin imtahanlarında iştirak edibər. 
Qonaqları qəbul edən rektor bildirib ki, 2 may 2017-ci il tarixindən BSU-da yay imtahan sessiyalarına start verilib. BSU-da imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həll edilməsini təmin etmək məqsədilə universitetdə fəaliyyət göstərən Valideynlər şurasının, Tələbə Gənclər Təşkilatının, tələbə və magistrantlardan formalaşan "Kölgə kabineti”nin, "Tələbə dünyası” qəzetinin nümayəndələrindən ibarət qərargah yaradılıb.
N. Əliyeva qeyd edib ki, qərargahı yaratmaqda məqsəd imtahanın gedişində obyektivliyi və şəffaflığı təmin etmək, qərargahın fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə vaxtaşırı məlumat vermək, valideynlərin imtahan prosesinin bütün mərhələlərində fəal iştirakını təmin etməkdir: "Münaqişəli məsələlər yerindəcə həll edilir. Bundan əlavə, təhsil haqqını ödəyə bilməyən tələbələrin ailə vəziyyəti nəzərə alınır”.
 
IMG_5339IMG_5342IMG_5348

NUH informasiya agentliyi səhifəsindən çap edilib