Dərc edilib: 15-06-2017

https://www.nuh.az/11071-.html

Qırğızıstan öz kriptovalyutasını buraxmağa hazırlaşır

15.06.2017 00:19:27

Region

Qırğızıstan "GoldenRock" adlı milli kriptovalyutasını emissiya etməyə hazırlaşır. 

"Report" "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, bu layihə vasitəsilə Qırğızıstan hökuməti qızıl yataqlarının işlənməsinə şəxsi investisiyaları cəlb etməyi planlaşdırır.

Kriptovalyutanın hər vahidinin (token) qızılla təmin edilməsi qərarı alınıb. Yataqların işlənməsindən sonra "GoldenRock" sahibləri onu qızıla dəyişə biləcəklər. Tokenin dəqiq qiyməti hələlik müəyyən olunmayıb.

"İzvestiya" bildirir ki, "GoldenRock" Avrasiya İqtisadi İttifaqında (EAEC) ilk bu tipli dövlət layihəsi olacaq. Qırğızıstan hökuməti bu emissiya ilə 5-40 mln. ABŞ dolları cəlb etməyi planlaşdırıb. Vəsait 40 ton ehtiyatlı qızıl yatağının işlənməsinə sərf olunacaq. 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib