Dərc edilib: 15-06-2017

https://www.nuh.az/11073-.html

ABŞ-dan Rusiyaya sanksiya - Senat qərar verdi

15.06.2017 11:42:38

Siyasət

ABŞ senatı 2016-cı ildə prezident seçkilərinə müdaxilə etdiyi səbəbilə Rusiyaya sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, layihə 2 əleyhinə və 97 lehinə səslə qəbul edilib.

Sanksiyanın qəbul edilməsində Rusiyanın Ukraynanın ərazi bütövlüyünə müdaxilə, Krım münaqişəsi və Suriyadakı fəaliyyətləri də səbəb olub.

Bu qərarın Rusiya iqtisadiyyatında mədən, metal, nəqliyyat və dəmiryolu sektrolarına təsir göstərəcəyi bildirilir.

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib