Dərc edilib: 15-06-2017

https://www.nuh.az/11076-.html

Keçmiş deputatın nəhəng obyekti işıqsız qaldı: 28 min borca görə

15.06.2017 14:13:10

İqtisadiyyat

Kürdəmir rayon Mərkəzi Bazarının elektrik enerjisi ilə təchizatı 8 gündür məhdudlaşdırılıb.


Bu barədə Lent.az-a bazarda fəaliyyət göstərən ticarətçilər məlumat verib. Elektrik verilişinin kəsilməsi səbəbindən bəzi iş adamları xeyli ziyana düşüb. Bildirilir ki, elektrik enerjisi obyektin işıqpuluna görə xeyli borcunun yaranması səbəbindən kəsilib. Bazarın "Azərenerji"yə 28 min manat borcu var.

Qeyd edək ki, bu bazar Aran regionunda ən iri ticarət mərkəzi hesab edilir. Bazar keçmiş deputat, iş adamı Fərhad Qəribova məxsusdur. Obyektə rəsmən Fərhad Qəribovun oğlu Zöhrab Qəribov rəhbərlik edir. 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib