Dərc edilib: 15-06-2017

https://www.nuh.az/11077-.html

CHP “Ədalət yürüşü”nə başlayıb - Fotolar

15.06.2017 14:27:25

Hadisə

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP)  etiraz yürüşünə başlayıb.


“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Ədalət yürüşü” adı verilən aksiya iyunun 14-də CHP millət vəkili Enis Bərbəroğlunun 25 il müddətinə azadlıqdan məhrum edilməsi ilə əlaqədardır.

Ankaranın Güvən parkından başlanan yürüş öncəsi CHP lideri Kamal Kılıçdaroğlu jurnalistlərin və millətvəkillərinin həbs olunmasını istəmədiklərini vuğulayıb.

 O, “Ədalətin olmadığı bir ölkədə yaşamaq istəmirik. Həbsxanaların ağzına qədər dolu olduğu bir ölkədə ədalət olmaz. Ədalətin olmadığı bir yerdə sülh olmaz. Artıq yetər deyirik! Bıçaq sümüyə dirənib! Bu ölkənin, uşaqların gələcəyi üçün birlikdə mübarizə aparmalıyıq”,- deyə qeyd edib.

 

  NUH.az

 

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib