Dərc edilib: 15-06-2017

https://www.nuh.az/11080-.html

Böyük Türk səddi tikilir

15.06.2017 19:19:31

Region

Türkiyə Suriya ilə sərhəddə 700 km uzunluğu olan sədd tikir.


"Qaynarinfo" "Hurriyet Daily News"a istinadən xəbər verir ki, Türkiyə müdafiə naziri Fikri İşıq bu səddin Suriyadan gələn terror təhlükəsinə qarşı tikildiyini deyib.

Onun sözlərinə görə, sərhəd boyunca tikilən sədd artıq tamamlanmaq üzrədir. Belə bir divarın İranla sərhəddə də tikiləcəyininin mümkün olduğunu bildirən Türkiyə müdafiə naziri səddə təhlükəsizlik üçün işıq, sensor və kamera sistemi quraşdırılacağını söyləyib.

Qeyd edək ki, PKK və İŞİD terror təşkilatları ilə mübarizə aparmaq üçün tikilən sərhəd xəttinin tikinti işlərinin iyulun sonlarında bitəcəyi gözlənilir.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib