Dərc edilib: 16-06-2017

https://www.nuh.az/11084-.html

Bakıda məşhur mağaza əhalini aldatdı - Video

16.06.2017 11:43:42

İqtisadiyyat

Bakıda yerləşən “MusicGallery” mağazası müştərilərini aldadıb.

 

“Qaynarinfo” saytının yaydığı məlumata görə, mağazanın dünən elan etdiyi kampaniyanın yalan olduğu məlum olub.

Belə ki, yüzlərlə müştərini 28 Mall və Əhmədli filiallarına toplayan mağaza rəsmiləri endirim edilən məhsulların bitdiyini bildiriblər.

Müştərilər mağazanın sosial şəbəkə səhifəsində paylaşdığı fotoya yalan elan verdiyi üçün çoxsaylı şikayət və təhqirlər yazıblar.

 

   NUH.az

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib