Dərc edilib: 16-06-2017

https://www.nuh.az/11087-.html

Xalq artisti Türkiyədə təcili əməliyyat keçirəcək

16.06.2017 23:15:18

Cəmiyyət

Xalq artisti, diktor Rafiq Hüseynovun bağırsağında şiş tapılıb. 


Bubarədə Yenicag.az-a o, özü açıqlama verib. Rafiq Hüseynov Türkiyədə əməliyyat olunacağını bildirib:

“Xəstəxanadan evə buraxıldım, ayaqlarımdakı problem hələ də aradan qalxmayıb. Həkimlər daha bir xəstəlik aşkarlayıb, deyirlər bağırsağımda şiş var. Təcili əməliyyat olunmalıyam. Bunun üçün gələn həftə Türkiyəyə yola düşürəm. Orda müayinələr olunmalıdır. Görək həkimlər nə deyəcək. Ümidvaram ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, məşhur diktor bir neçə ildir ağciyər xərçəngindən əziyyət çəkir. Eyni zamanda, son vaxtlar ayaqlarında da problemlər yaranıb.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib