Dərc edilib: 17-06-2017

https://www.nuh.az/11096-.html

Fuad Musayev vəfat etdi

17.06.2017 00:11:14

Cəmiyyət

AFFA-nın birinci rəhbəri, Sov.İKP Bakı Şəhər Komitəsinin sabiq birinci katibi Fuad Musayev 79 yaşında Moskvada vəfat edib. 


Bu barədə virtualaz.org-a mərhumun yaxınları məlumat verib.

F.Musayev Moskvaya tibbi müayinə üçün tez-tez gedərdi. Dünən onun böyrəklərinin işi qəflətən pozulub və F.Musayev koma vəziyyətinə düşüb. O, bu gün saat təxminən 12:00-da vəfat edib.

Allah rəhmət aləsin!

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib