Dərc edilib: 17-06-2017

https://www.nuh.az/11097-.html

Tramp Obamanın qərarını dəyişdi - Kuba ilə vəziyyət gərginləşir

17.06.2017 00:16:14

Siyasət

ABŞ prezidenti Donald Tramp Kuba ilə siyasi vəziyyətin normallaşması prosesini ləğv edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu addımı ilə bir daha Obamanın əksinə hərəkət edib.

Xatırladaq ki, eks-prezident Obama 2016-cı ilin martında Kubaya səfər edərək bu ölkə vəziyyətin normallaşdırılmasına cəhd etmişdi. O, 88 il sonra Kubaya səfər edən ilk ABŞ prezidenti idi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib