Dərc edilib: 17-06-2017

https://www.nuh.az/11100-.html

MN açıqladı: 5 erməni hərbçisi məhv edilib

17.06.2017 12:47:50

Cəmiyyət

Ötən gün cəbhədə Erməni Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu məhv edilib.


"Qaynarinfo"nun məlumatına görə, bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyi iyunun 16-da cəbhədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ölümünə dair məlumata münasibət bildirərkən açıqlayıb.

Açıqlamada deyilir ki, düşmən tərəfi rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib. Beləliklə də dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.

Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.

Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib